Kokpit.az xəbər verir ki, komanda pul cəriməsinə məruz qalıb və məbləğ 5 min avrodur. Komandanın əməkdaşları müxtəlif avadanlıqlarla birlikdə yarışda qalib gələn Oskar Piastrini qaşrılamaq üçün “qapalı park” ərazisinə gediblər. Lakin onlar bu hərəkəti sürücü finiş xəttinə çatmazdan əvvəl, bəzi digər komanda üzvləri pit-stopa yönələ biləcəkkən ediblər. Stüardlar bu davranışın potensial təhlükə yaradacağı qənaətinə gəliblər.
Bu cərimənin komandanın əhvalına təsir edəcəyini düşünmək olmaz, çünki McLaren Bakıda Mühəndislər Kubokunda Red Bull-u geridə qoyaraq zirvəyə yüksəlib.
Şərh əlavə et