Kokpit.az xatırladır ki, Şarl Lekler dünən Azərbaycan Qran Prisinin sıralanma turunda hamıdan sürətli olaraq, buradakı ardıcıl 4-cü poulunu qazanıb.
Maks Ferstappen isə sıralanma turunda 6-cı olub və komanda yoldaşı Serxio Peresdən iki pillə geridə qalıb.
Sıralanma turundan sonra jurnalistlərin suallarına cavab verən niderlandlı sürücü bildirib ki, sıralanma turunda bəzi sazlanmalarda dəyişiklik ediblər və bu da bolidə mənfi yöndə təsir edib.
Maks Ferstappen: “Etdiyimiz dəyişikliklərin sıralanma turunda daha yaxşı nəticə verəcəyini düşündük, amma heyif ki, tərsi oldu. Bəzən belə hallar yaşana bilər, amma sıralanma turunda olması çox məyusedicidir.
Birinci sessiyadakı ilk dövrədən sonra bildim ki, işlər çox çətin olacaq. Arxa tərəf çox dalğalanırdı. Döngələrə girib-çıxarkən problem yaşadıq.
İkinci sessiya isə yaxşı keçdi, amma maşında özümü yaxşı hiss etmirdim. Döngələrin ortasında bolidi idarə edə bilmirdim. Ön tərəf həmişə bir az sürüşürdü. Şəhər tipli traslarda belə halların yaşanmasını istəməzsiniz”.
Maks Ferstappen Ferrari-nin Bakı Şəhər Halqasındakı möhtəşəm performansını da dəyərləndirib: “Ferrari və Şarl Leklerin bu trasdakı tandemi doğrudan da çox güclüdür”.
Şərh əlavə et