Xəbəri Kokpitdə Oxuyun!

Həmilton və Okon yarışa pit yolundan başlayacaqlar

FIA bu gün səhər britaniyalı sürücünün maşınında güc qurğusunun dəyişdirilməsini təsdiqləyib.

Kokpit.az xəbər verir ki, bundan əlavə, komanda 7 qat dünya çempionunun yarışa pit-leyndən başlayacağı üçün asma və aerodinamika parametrlərini tənzimləyərək qapalı parkın şərtlərini pozub.

Onunla yanaşı, Esteban Okon da eyni taleyi yaşayacaq, çünki Alpine komandası da sıralanma turunu gerilərdə başa vurmuş fransız sürücünü yeni güc qurğusuna keçirib.

Xatırladaq ki, Lyuis dünənki sıralanma turunu yeddinci yerdə başa vurmuşdu. Onun komanda yoldaşı Corc Rassell isə yarışa beşinci yerdən start verəcək. Okonun komanda yoldaşı Qasli isə maşın müəyyən zaman kəsimində yanacağı normadan çox sərf etdiyi üçün sıralanma turundan xaric edilib.

Elçin Zodorov

Şərh əlavə et