Kokpit.az xatırladır ki, Ferrari Azərbaycan Qran Prisinin sıralanma turunda çox yaxşı nəticə qazanıb. Şarl Lekler Bakı yarışına ardıcıl dördüncü dəfə pouldan, Karlos Sayns isə üçüncü yerdən başlayacaq.
Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Ferrari-nin həftəsonu ərzində yaxşı tempi olub və yarışda da bu tempi qorumaq istəyirlər: “Poulun həzzini çıxarmalıyıq, amma əsl vacib olan bazar günüdür.
Ancaq özümüzə fokuslanmalıyıq. Həftəsonu başlayandan bəri həm yarış, həm də sıralanma tempində güclüyük. Sabah hər iki maşınımızı da ön sıralarda görmək önəmli olacaq, amma digər komandalar da çox uzaqda deyillər. Əminəm ki, çətin yarış olacaq”.
Frederik Vassyör əlavə edib ki, Lekler Bakı və Monakoda özünə çox inanır: “Şarl Bakı və ya Monakoda özünə çox inamlıdır. Əsas odur ki, bu inamı nəzarətdə saxlasın. Çox limitdə sürmədən və sadəcə lazımi olanı etməliyik. İnanıram ki, Şarl buna yaxşı nəzarət edəcək”.
Şərh əlavə et