Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 8-ci olub. O, birinci sessiyada az qala ələnirdi və 15-ci olaraq ikinci sessiyaya keçdi. İkinci sessiyada 5-ci olan ikiqat Dünya Çempionu son sessiyada 8-ci olaraq, qənaətbəxş nəticə əldə edib.
43 yaşlı pilot birinci sessiyadakı nəticədən sonra böyük addım atdıqlarını deyib və bazar günü yarışda da bunu davam etdirmək istəyir: “Sıralanma turuna başlayanda bolidə inamımız yox idi. Bütün həftəsonu ərzində bolidlə mübarizə apardıq və bu reallığı gizlədə bilmərik.
Birinci sessiyadan ikinci sessiyaya keçəndə böyük dəyişiklik gördük. Birinci sessiyada 15-ci yerdə idim və bu çox narahatedici hal idi. Ancaq ikinci sessiyada beşinci yeri tuta bildim.
Performans və inam cəhətdən böyük bir addım atdıq. Bunu bazar günü yarışda da qoruyacağımıza ümid edirik”.
İkiqat Dünya Çempionu Azərbaycan yarışı barədə gözlətilərindən də danışıb: “Rəqiblərimizə nisbətən daha aşağı asfaltayatma qüvvəsinə sahibik. Bu strategiya yarışda bizə kömək edə bilər. Keçən il də son sektorda sürətli olmaq üçün bu yolu seçmiçdik. Bizə müdafiədə və hücumda kömək etdi. Əgər yarışda restart olsa, bizə əlavə üstünlük qazandıra bilər.
Görək nə olur. Bu təkərlər üçün yaxşı olmasa da, ən yaxşı seçimin bu olduğuna inanırıq”.
Şərh əlavə et