Kokpit.az xatırladır ki, yarışdan sonra bir neçə sürücü barədə stüardlar araşdırma aparıblar. Belə ki, Karlos Sayns və Serxio Peres arasında baş vermiş qəzadan sonra elan edilən Virtual Təhlükəsizlik Maşını rejimində Niko Hülkenberq, Pyer Qasli, Maks Ferstappen və Esteban Okon digər həmkarlarını ötüblər. Lakin bütün bu ötmələr yarış başa çatdıqdan sonra edildiyi üçün stüardlar 4 sürücüyə yalnız xəbərdarlıq etməklə kifayətləniblər.
Stüardların qərarında qeyd olunub ki, bu mövsüm ərzində əvvəllər də oxşar qanun pozuntularına yol verilib, lakin onlara diqqət yetirilməyib. İndi stüardlar belə şeylərə daha sərt yanaşacaqlar. Gələcəkdə oxşar pozuntular daha ciddi cərimələrlə nəticələnə bilər.
Şərh əlavə et