Kokpit.az xatırladır ki, britaniyalı sürücü həftəsonuna yaxşı başlamamış və birinci sərbəst yürüşlərdən sonra yeni motora keçmişdi. O bundan sonra sıralanma turunda qənaətbəxş performans göstərərək, 5-ci yeri tutmuşdu.
Corc Rassell yarışın startında Maks Ferstappenin gerisinə düşsə də, sonra niderlandlı rəqibini keçərək, yenidən 5-ci ye yüksəlib. Yarışın bitməsinə iki dövrə qalmış Karlos Saynsla Serxio Peres insidentə qarışıblar və bunun hesabına Corc Rassell yarışı podiumda bitirib.
Corc Rassell: “Yarışa doğrudan da pis başladıq, amma Hard təkərdə ən sürətli maşınlardan biri idik. Maksı keçdik və daha sonra podium qazanmaq bonus oldu.
Sonda təhlükəsizlik maşınının çıxmamasına təəccübləndim. O maşınlarda hər şey ola bilərdi. Hamının yaxşı olmasına sevindim”.
Şərh əlavə et