Xəbəri Kokpitdə Oxuyun!

A.Stella: Lando üçün əlimizdən gələni edəcəyik

McLaren komandasının rəhbəri Andrea Stella bildirib ki, Lando Norris üçün yarışda zərəri minimuma endirməyə çalışacaqlar. 

Kokpit.az xatırladır ki, Lando Norris sıralanam turunun birinci sessiyasında çıxan sarı bayraqlara görə yavaşlayıb və bu da onun təsnifat mərhələsindən erkən ələnməsinə səbəb olub. Bunun nəticəsində britaniyalı sürücü Azərbaycan yarışına 17-ci yerdən başlayacaq. Lakin Lyuis Həmiltonun motor dəyişməsinə görə pit yolundan başlamasına və Pyer Qaslinin sıralanma turundan diskvalifikasiya olunmasına görə iki pillə yüksəlib vəbugünkü yarışa 15-ci yerdən başlayacaq. 

Andrea Stella sıralanma turundan sonra verdiyi müsahibədə bildirib ki, bazar günü Lando Norrisin xallar qazanması üçün əllərindən gələni edəcəklər: “Bu gün Lando üçün çox pis gün idi. İşin pis tərəfi isə bir maşınımızın peletonun gerisində olmasıdır. Xal əldə etmək üçün hər şey edəcəyik və zərəri minimuma endirəcəyik.

Landonun ələnməsinin səbəbi o an çıxan sarı bayraq idi. FİA ilə bununla bağlı danışıqlar apardıq. Hamı əlindən gələnin ən yaxşısını etməyə çalışdı, amma reqlamentə görə bu olmamalı idi. Bunun cəzasını çəkdik, ancaq təslim olmayacağıq. Yolumuza davam edirik. Sabah yaxşı xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et