Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Aston Martin-in vacib transferi Kovelldir

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Aston Martin-in ən vacib transferi Ədrin Nyui yox, Əndi Kovelldir. 

Kokpit.az xatırladır ki, Aston Martin əvvəl Mercedes-in sabiq baş motorçusu olmuş Əndi Koveli komandaya idarə heyətinin rəhbəri kimi gətirib. Onlar daha sonra Red Bull komandasının əfsanəvi texniki direktoru Ədrian Nyuini texniki direktor ortaq kimi transfer edib. 

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Aston Martin-in trasnferləri arasında ən vacibi Əndi Koveldir. Avstriyalı rəhbər əlavə edib ki, Kovell oraya idarə heyətinin rəhbəri kimi gedir və o böyük idarəçidir. Hətta Əndi Kovell ilə Aston Martin gələcəkdə daha güclü olacaq.

Toto Volff: “Mənim üçün Aston Martin-in ən önəmli transferi bizdən oraya bizdən transfer olunan Əndi Kovelldir. O, idarə heyətini rəhbəri kimi çox yaxşıdır. Şitkəti, quruluşu və prosesləri çox yaxşı idarə edir.

Nyui təbii ki, aerodinamika işində çox istedadlıdır, amma işi aparmaq cəhətdən Əndinin necə olduğunu bilirəm. Ədrianı yox. Bu iki transferlə Aston Martin daha güclü ola bilər”.

“Newey elbette aerodinamik konusunda yetenekli ancak organizasyon açısından Andy’i tanıyorum, Adrian’ı değil. Bu iki transferle birlikte Aston Martin güçlü olabilir.”

Rauf Hacıyev

Şərh əlavə et