Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Qasli disqvalifikasiya olunub

Alpine komandasının sürücüsü Pyer Qasli texniki qaydalara uymadığı üçün Azərbaycan Qran Prisinin sıralanma turundan diskvalifikasiya olunub. 

Kokpit.az xatırladır ki, fransalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda 13-cü yeri tutmuşdu. Onun komanda yoldaşı Esteban Okon isə 19-cu olmuşdu. 

Lakin sıralanma turundan sonra məlum olub ki, Pyer Qasli sıralanma turunda texniki qaydaları pozub. Belə ki, Qaslinin maşını müəyyən zaman kəsiyində həddən artıq yanacaq sərf edib və buna görə də, 27 yaşlı pilot sıralanma turundan disqvalifikasiya olunub. O, sabahkı yarışa pit yolundan başlamalı olacaq.

Bu hadisə Pyer Qaslinin həftəsonuna olan ümidləri ciddi formada zərbə alıb və onu sabah çox çətin yarış gözləyir.

Rauf Hacıyev

Şərh əlavə et