Xəbəri Kokpitdə Oxuyun!

P.Qasli disqvalifikasiya oluna bilər

Alpine komandasının sürücüsü Pyer Qasli Azərbaycan Qran Prisinin sıralanma turundan disqvalifikasiya oluna bilər.

Kokpit.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 13-cü yeri tutmuşdi. Lakin FİA-nın nümayəndəsi Co Bayer tərəfindən aparılan yoxlamadan sonra məlum olub ki, Pyer Qaslinin maşınında müəyyən zaman kəsiyində həddən artıq yanacaq sərfiyyatı var. 

Bu isə o deməkdir ki, Alpine komandası Pyer Qaslinin maşınında texniki qaydaları pozub və bununla bağlı 5.2.3 maddəsində qeyd olunub.

Bayer bu problemi dəyərləndirmələri üçün stüardlara göndərib və Pyer Qasli hazırda Azərbaycan Qran Prisinin sıralanma turundan disqvalifikasiya oluna bilər.

Rauf Hacıyev

Şərh əlavə et