Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Bakı cəsarəti mükafatlandırır

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Bakıda cəsarətli olmaq həmişə qazandırır. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Bakıdakı sıralanma turunda son cəhdində yaxşı dövrə vuraraq, ikinci olub. 

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, limitlərdə gedib və bəzən bariyerlərə yaxın gedib. Avstraliyalı sürücü əlavə edib ki, yarış tempindən razıdır: “Son dövrəmdə bariyerlərə çox yaxınlaşdım. Bu tras  cəsarəti mükafatlandırır. Maşın sessiya ərzindı yaxşı hiss etdirirdi və maksimumu sınamağa çalışdım. Məncə, burada rəqibi izləmək doğrudan da çətin olacaq. Buna görə də ümid edirəm ki, təmiz hava tapa bilərəm, amma yarış yempimizin yaxşı olduğunu düşünürəm. Ancaq Ferrari-lər də yavaş deyillər”.

Rauf Hacıyev

Şərh əlavə et