Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Yavaş-yavaş təkmilləşirəm

Haas komandasının sürücüsü Oliver Berman bildirib ki, cümə sərbəst yürüşlərini ən yaxşı formada tamamlayıb və şənbə günü performansını yaxşılaşdırmaq üçün özünü daha da təkmilləşdirmək istəyir. 

Kokpit.az xatırladır ki, cümə sərbəst yürüşləri britaniyalı pilot üçün pis keçməyib. O, birinci sərbəst yürüşlərdə 11-ci, ikinci sərbəst yürüşlərdə isə 10-cu yeri tutub. 

Oliver Berman bildirib ki, cümə günü keçirilən sərbəst yürüşlərdən sonra bildirib ki, yavaş-yavaş inkişaf etməkdən razıdır: “Cümə gününü tam keçirmək gözəl idi. Tələsmədən addım-addım inkişaf elədim. Cümə günü performansımdan çox razı qaldım. Bakıda maşına və özümə inanmaq çox önəmli idi”.

Gənc Berman şənbə günü barədə bu sözləri əlavə edib: “Bu gün də hədəfim perdormansımla qürur duymaqdır. Bu da ancaq özümü təkmilləşdirərək və istedadıma uyğun səviyyədə nəticə alaraq mümkün olacaq. Bundan başqa problemsiz performans göstərmək istəyirəm”.

 

Rauf Hacıyev

Şərh əlavə et