Kokpit.az xatırladır ki, cümə sərbəst yürüşləri britaniyalı pilot üçün pis keçməyib. O, birinci sərbəst yürüşlərdə 11-ci, ikinci sərbəst yürüşlərdə isə 10-cu yeri tutub.
Oliver Berman bildirib ki, cümə günü keçirilən sərbəst yürüşlərdən sonra bildirib ki, yavaş-yavaş inkişaf etməkdən razıdır: “Cümə gününü tam keçirmək gözəl idi. Tələsmədən addım-addım inkişaf elədim. Cümə günü performansımdan çox razı qaldım. Bakıda maşına və özümə inanmaq çox önəmli idi”.
Gənc Berman şənbə günü barədə bu sözləri əlavə edib: “Bu gün də hədəfim perdormansımla qürur duymaqdır. Bu da ancaq özümü təkmilləşdirərək və istedadıma uyğun səviyyədə nəticə alaraq mümkün olacaq. Bundan başqa problemsiz performans göstərmək istəyirəm”.
Şərh əlavə et