Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Mübarizənin içindəyik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, gün ərzində etdikləri sazlanmaların hesabına maşın xeyli düzəlib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı birinci sərbəst yürüşlərdə lider Maks Ferstappendən 0.313 saniyə geri qalaraq 2-ci olub. Yeddiqat Dünya Çempionu ikinci sərbəst yürüşlərdə üçüncü olsa da, lider Leklerə çox cüzi – 0.066 saniyə uduzub.

Lyuis Həmilton Azərbaycan Qran Prisinin cümə sərbəst yürüşlərindən sonra bildirib ki, güclü performans göstəriblər və bolidin tempini stabil formada artırıblar: “Doğrudan da yaxşı bir gün idi. Cümə gününə əvvəldən çox yaxşı başladıq və sazlanmalar üzərində həmişə yaxşı addımlar atdıq.

Bəzən əvvəlki sazlanmalara qayıtmalı olduq, amma Bakıda hər şey davamlı olaraq inkişaf etdi. Yarış tempimin rəqiblərimə nisbətdə nefə olduğunu bilmirəm, çünki çox dövrə vurmadıq.

Red Bull və Ferrari çox sürətli görünürlər, lakin biz də mübarizənin içindəyik. Şənbə günü əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq və ümid edirəm ki, daha yaxşı nəticə əldə edərik”.

Rauf Hacıyev

Şərh əlavə et