Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hər həftəsonu eyni şey olur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, W15 cümə günü göstərdiyi performansı şənbə günü göstərə bilmir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bakıdakı sıralanma turunda yeddinci yeri tutub və komanda yoldaşı Corc Rasselldən 0.4 saniyə geridə qalıb. Beləliklə yeddiqat Dünya Çempionu sıralanma turunda problem yaşamağa davam edib. 

Sessiyadan sonra danışan Lyuis Həmilton bildirib ki, bu problemləri artıq uzun müddətdir ki, yaşayırlar: “Hər şənbə günü eyni problemi yaşayırıq. Buna görə də heç təəccüblənmədim.

Birinci və ikinci sərbəst yürüşlərdə maşın yaxşı hiss etdirirdi və doğrudan da ilk dövrədən etibarən maşın rəqabətədavamlı vəziyyətdə idi.

Bu gün isə boliddə  heç nəyi dəyişdirmədim, çünki heç nəyi pozmaq istəmədim, amma təkərlər işləmədilər. Doğrudan da bütün gün işləmədilər. Son dövrədə, son sektorda təkərlər işləməyə başladı, amma artıq çox gec idi”.

Rauf Hacıyev

Şərh əlavə et