Kokpit.az xatırladır ki, Ferrari sürücüləri Azərbaycan Qran Prisindəki sıralanma turunda son cəhdlərdən əvvəl ilk iki yerdə idilər. Lakin son cəhdlərdə Oskar Piastri iki qırmızı maşını bir-birindən ayırıb və Karlos Sayns üçüncülüyə razı olub.
İspaniyalı sürücü sıralanma turundan sonra bildirib ki, Bakı Şəhər Halqası trasında həmişə çətinlik çəkdiyi üçün bu nəticədən razıdır. Lakin 30 yaşlı pilot bildirib ki, sabahkı yarış üçün ümidlidir.
Karlos Sayns: “Məncə, sıralanma turu çox yaxşı keçdi. Əla gün idi və özümüzü sabah üçün yaxşı yerə daşıya bildik. Karyeram ərzində burada heç vaxt 100 faiz gücümlə sürə bilmədim. Bu trasda çox vaxt çətinlik çəkirəm.
Ancaq son sessiyaya başlayarkən daha çox inam verən bir şey tapdım və sabah üçün yaxşı bir yerdə olduğumu düşünürəm. Sabah daha da yaxşı ola bilərik”.
Şərh əlavə et