Kokpit.az xatırladır ki, Formula 1-dəki debütünü keçən həftəsonu İtaliyada edən argentinalı pilot Bakıda cümə sərbəst yürüşlərini 14-cü yerdə bağlayıb.
Gənc sürücü birinci sərbəst yürüşlərdə dördüncü döngədə bariyerlərə çırpılaraq qırmızı bayraqların çıxmasına səbəb olub.
Bakı Şəhər Halqasındakı cümə sərbəst yürüşlərindən sonra danışan Franko Kolapinto bildirib ki, onlar ikinci sessiyanı yaxşı keçiblər: “Yaxşı bir gün keçirdik. Sözün açığı birinci sərbəst yürüşlərdən sonra işləyib bolidimi düzəldən mexaniklər mənim qəhrəmanlarımdırlar.
Nahar etmədilər. Bütün gün işlədilər. Buna görə də onlara minnətdaram. Trasda daha çox təcrübə qazanmağımı və ikinci sessiyaya çıxa bilməmi mümkün edən insanlar onlar idilər.
Məncə, çox yaxşı sessiya keçirdik. Cümə günü divarlara cüzi də olsa, təmas etdim. Amma maşına öyrəşməyə başladım. Bura çətin trasdır. Buna görə də sürətlənməyə və inam qazanmağa çalışıram.
Şəhər tipli trasda inama ehtiyacınız var və bu da yavaş-yavaş gəlir və divara təmas edəndə sürətli itir. Buna görə də diqqətli olmaq lazımdır.
Komanda yaxşı işlədi. Daha çox işləyib, şənbə gününə daha yaxşı başlayacağıq”.
Şərh əlavə et