Kokpit.az xəbər verir ki, bununla belə, cümə günü FIA-nın mətbuat konfransında komanda nümayəndəsi Alessandro Alunni Bravi, Hinvilin namizədləri öyrənməyə davam etdiyini və yaxın həftələrdə qərar veriləcəyini söyləyib.
Alessandro Alunni Bravi: “Biz qısa, orta və uzunmüddətli və bəlkə də gənc istedadlar arasında ən yaxşı balansı müəyyən etmək üçün bütün mövcud variantları qiymətləndiririk. Hər iki tərəfdən potensial namizədlər var.
Valtteri güclü sürücüdür və biz onu çox yaxşı tanıyırıq. O, artıq üç ildir komandadadır və siyahımızda birincilərdən biridir, lakin başqa variantlar da var. Biz müsbət və mənfi cəhətləri nəzərə alırıq. Mattia Binotto təkcə 2025-ci ili deyil, həm də Audi layihəsinin orta müddətli strategiyasını nəzərə alaraq qərar verəcək.
Biz özümüzə bunun üçün son tarixlər qoymuruq. Fürsətçi deyilik, amma indi yalnız bir yer olduğuna görə prossesi tələsdirmək istəmirik. Hər şeyi, hər tərəfi dəyərləndirib düzgün qərar vermək lazımdır. Tələsən yerimiz yoxdur, amma biz bu məsələni tez bir zamanda bağlamaq istəyirik. Hər şey yaxın həftələrdə həll olunacaq”.
Şərh əlavə et