Kokpit.az xatırladır ki, meksikalı sürücü Bakıdakı cümə sərbəst yürüşlərində güclü görünüb. O, günü Şarl Leklerdən sadəcə 0.006 saniyə geridə qalaraq 2-ci yerdə bağlayıb.
Daha əvvəl Azərbaycanda 2 dəfə qalib gəlmiş Serxio Peres bugünkü sərbəst yürüşlərdən sonra bildirib ki, maşının performansından razı qalıb və yaxşı təməl qurublar: “Qətiliklə çox yaxşı gün idi. Məncə buradan yola çıxaraq daha yaxşı işlər görə bilərik. Birinci sərbəst yürüşlərdən sonra gözəl addım atdıq və buradan sonra inkişaf edə bilsək, sabah qətiliklə mübarizəyə daxil ola bilərik.
Sıralanma turunda hər şey ola bilər. Əsas odur ki, başımızı aşağı əyib bir neçə yaxşı dövrə vuraq və son sessiyada mükəmməl dövrə ilə yaxşı nəticə qazanaq. Hələ gedəcək uzun yolumuz var, ancaq bu gün gördüklərimiz məni ümidləndirdi”.
Şərh əlavə et