Kokpit.az xatırladır ki, monakolu sürücü iki həftə əvvəl İtaliyada daha düzgün strategiya seçərək yarışı qazanmışdı.
İndi isə növbədə Şarl Leklerin son 3 yarışda pouldan başladığı Bakı Şəhər Halqası var. 26 yaşlı pilot paytaxtımızda 2023-cü ildə podium qazanmışdı.
Şarl Lekler: “Belə bir həftəsonuna başlamamışdan əvvəl hər şeyi sıfırlamalıyam. Düzdür Montsada qazanmaqla buraya yüksəkliyi ilə gəlmişik, amma keçmiş barədə çox düşünmək istəmirəm. Sadəcə bu həftəsonuna köklənirəm.
Keçmişdə şənbə günləri Bakıda güclü olurduq, amma bazar günü təkər qorumaqda çətinlik çəkirdik.
Bu il təkər qorumaq bizim ən güclü tərəfimizdir. Burada McLaren-lə eyni tempdə olmağı gözləmirəm, amma daha yaxın olacağıq.
Rəqiblərimiz hələ də sürətlidirlər. Xüsusən də McLaren. Onlardan sonra böyük ehtimalla Red Bull gəlir. Sonra Mercedes gəlir. Biz isə bir az qeyri stabilik.
Şərh əlavə et