Xəbəri Kokpitdə Oxuyun!

Şəhid ailələri və qazilərimiz F1-in qonaqları olublar

Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

Ötən il olduğu kimi bu il də möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni bəxş edən qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar Formula 1 Qatar Aiways Azərbaycan Qran Prisi 2024-ü 3 gün ərzində canlı izləyə biləcəklər.

Artıq 3-cü ildir ki, bu mötəşəm idman tədbirinə dəvət olunan fəxri qonaqlarımız builki yarışı Azneft və Qız Qalası tribunalarından izləyir.

44 günlük Vətən müharibəsi dövründə şücaət göstərmiş qəhrəman şəhidlərimizin ailə üzvlərini və qazilərimizi mötəbər idman yarışında, Bakı Şəhər Halqası azarkeşləri sırasında görmək qürurvericidir.

Rauf Hacıyev

Şərh əlavə et