Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Güclü ola bilərik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Bakıda rəqabətədavamlı ola bilərlər.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Bakıdakı birinci sərbəst yürüşlədə birinci yerdə, ikinci sərbəst yürüşləri isə lider Leklerdən 0.545 saniyə geridə qalaraq, 6-cı yerdə bağlayıb. 

Üçqat Dünya Çempionu Maks Ferstappen ikinci sərbəst yürüşlərdən sonra verdiyi müsahibədə bildirib ki, yaxşı gün keçiriblər: “Məncə, ümumilikdə yaxşı gün keçirdik. Bir neçə şey öyrəndik. İndi isə sınadığımız şeylərə dönüb baxmalıyıq. Hələlik bu həftəsonu rəqabətədavamlı görünürük. Bu da yaxşı haldır.

Tras çox sürüşkəndir və çoxlu 90 dərəcəlik döngələr var. Bəzən bariyerlərə çırpılmamaq üçün əyləcə daha çox basırsınız. İkinci sərbəst yürüşlər mənim üçün daha çətin keçdi. Balansı bir az daha yaxşılaşdırmalıyıq. Yenə də əminəm ki, rəqabətədavamlı ola bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et