Kokpit.az bildirir ki, illər keçdikcə bir çox şey təkmilləşdirilir. Bu il trasın bir çox yerində quraşdırılan kranlar təxliyə prosseslərini xeyli sürətləndirib.
Ferrari ilk sessiyadakı qəzadan sonra Leklerin maşınını düzəldib, lakin Şarl maşından şikayətlənib. Məlum olub ki, qəza zamanı sükanın çarxı da əyilib. Kolapintonun maşını da sessiyaya çatdırılıb, lakin Rassellin maşınında iş çox uzanıb. Mexaniklər yeni güc qurğusu yerləşdirməyə məcbur olublar.
Ferstappen idarəetməni itirsə də, maşını divara dəyməkdən qoruya bilib. Kolapinto divarla təmas yaşayıb, lakin pit yoluna qayıda bilib. Lekler, Çjou, Sayns, Hülkenberq və Bottas təhlükəsizlik cibinə girsələr də, yollarına davam edə biliblər. Qasli Norrislə insidentdən son anda yayınıb. Sayns Peresin qarşısını kəsib və məsələ stüardlar tərəfindən araşdırılacaq.
Şarl Lekler 1:43.484-lük nəticə ilə günü zirvədə başa vurub. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et