Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə 4-cü olsa da, lider Maks Ferstappendən demək olar ki, yarım saniyə geridə qalıb. McLaren-in sürücüsü ikinci sərbəst yürüşlərdə isə 17-ci yerlə kifayətlənib.
Son yarışların favoriti olan Lando Norris Bakıdakı Cümə Sərbəst Yürüşlərindən sonra bolidin performansı aid narahatlığının olduğunu açıq formada deyib: “Bizim çox uzun yolumuz var. Yaxşı dövrə vurmaq üçün var qüvvəmlə sürməli oluram. Məncə, Oskarın olduğu yer bizim olduğumuz yerdən çox yaxşıdır. Bunu bacara bilsək, biz də yaxşı yer tuta bilərik, amma hələ bunu bacarmağa heyif ki, yaxın deyilik. Düzünü desək çox şeyin üzərində işləməliyik.
Mercedes, Ferrari və Red Bull hamısı bir-birlərinə çox yaxındırlar və onlarla aramızda 0.3-0.4 saniyə fərq var. Ferrari burada çox sürətlidir. Mercedes də belə tras şəraitində sürətli olur. Çətinlik çəkirik, amma bu gecə çox işləyəcəyik”.
Şərh əlavə et