Xəbəri Kokpitdə Oxuyun!

Saynsı alan Williams-ın hədəfi zirvədir

Williams komandasının rəhbəri Ceyms Vavls bildirib ki, Karlos Saynsın transferi ilə yenidən zirvəyə doğru addım atmaq istəyirlər.

Kokpit.az xatırladır ki, Williams komandası növbəti mövsüm üçün Karlos Saynsı transfer edib və gələcəyə doğru önəmli addımlardan birini atıb.

Komandanın rəhbəri Ceyms Vavls bildirib ki, Karlos Saynsın transferi komandanın gələcəyi üçün dönüş nöqtəsidir və Williams 2028-ci ildə yenidən zirvə uğrunda mübarizə aparmağı hədəfləyir.

Ceyms Vavls: “Müqavilə bağlananda sevincimdən göylərə uçdum. Karlos da bunu anladı. Belə anlar karyeranızda tez-tez olmur.

Bu, bir şirkətin yönünü dəyişdirə biləcək çox vacib bir qərardır. Bu, uğurumuz üçün atmalı olduğumuz 1000 adımdan sadəcə biridir. Williams-ın yenidən güclü komanda olduğunu deyən adamla qarşılaşsan, onda bunu bayram kimi qeyd edəcəm. Karlos böyük istedaddır. Mükəmməl pilotdur, amma komandanın zirvəyə qayıtması üçün atılan addımlardan sadəcə biridir”.

Rauf Hacıyev

Şərh əlavə et