Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Arvid Lindblad gələn il F2-də yarışacaq

Formula 3 pilotlarından Arvid Lindblad növbəti mövsümdən Formula 2-də yarışacaq.

Kokpit.az xatırladır ki, 2024-cü il Formula 3 üzrə Dünya Çempionatında hamıdan çox qələbə qazanıb və mövsümü 4-cü yerdə bitirmişdi. O, Red Bull-un Gənc Sürücü Akademiyasındadır və Formula 2-də Ayzək Həcərin komandası Campos-da yarışacaq.

Lindblad keçən il Formula 3-də Bəhreyndəki açılış sprint yarışını qazanmışdı. Daha sonra Barselonada əasa yarışda qələbə, Silverstounda isə hər iki yarışda qalibiyyət əldə edərək diqqətləri üzərinə toplamışdı. Beləliklə, Arvid 2019-cu ildə F3 Avropa və GB3-ün birləşməsindən sonra bir həftəsonunda iki yarışı da qazanan ilk sürücü statusunu əldə etmişdi.

Arvid Lindblad: “2025-ci ildə İA F2-də Campos Racing-in şərəfini qoruyacağam və buna görə çox həyəcanlıyam. Komanda indiyə kimi əla mövsüm keçirdi və birlikdə işləməyə başlamaq üçün səbirsizlənirəm. Bu komandaya qoşulmağı və Cənab Adrian Kamposun mirasını yaşatmağı səbirsizliklə gözləyirəm.

Komanda çox istəklidir, acdır və qazanmaq üçün çox motivasiyalıdır. Təkmilləşmək üçün bir-birimizə qarşı tələbkar olmalıyıq. Onlar da mənim inkişafım üçün lazımi maşını və məlumatı verəcəklər.

Red Bull-dakı hər kəsə, gən komandasına və Campos Racing-ə mənə bu fürsəti verdikləri üçün təşəkkür edirəm. Orada yarışmağa başlamaq üçün səbirsizlənirəm”.

Arvid Lindblad Prema ilə qazandığı uğurlara görə Aston Martin Aurosport BRDC İlin Gənc Sürücüsü Mükafatına namizəd göstərilib. Keçən il bu mükafatı Rodin F3 komandasının pilotu Yosef Loake qazanmışdı.

Komandanın rəhbəri Adrian Kampos isə bunları deyib: “Arvid kimi mükəmməl istedadlı sürücünü heyətimizə qatdığımız üçün sevincliyik və bir yerdə çoxlu hədəflərimizin olacağına əminik.

Növbəti mövsümdə ilk yarışına mümkün qədər tez hazır olması üçün qış ayları ərzində çox işləyəcəyik. Onun keçidini mümkün qədər problemsiz və uğurlu etmək üçün bütün təcrübəmizdən istifadə edəcəyik”.

Qeyd edək ki, bu həftəsonu Kristian Mənsell Trident ilə Azərbaycan Qran Prisində iştirak edək və o, mövsümün son 3 mərhələsində də yarışacaq. Avstraliyalı sürücü Williams-a keçmiş Franko Kolapintonu əvəzləyə Oliver Göte ilə birlikdə Formula 2-yə yüksələn pilotlardan biridir.

 

 

 

Rauf Hacıyev

Şərh əlavə et