Kokpit.az bildirir ki, McLaren sürücülərinə komanda əmri vermək istəmirdi. Bu səbəbdən bəlkə də Montsadakı qələbəni də əldən verdilər.
Xatırlaq ki, İtaliya yarışında McLaren komandası yarışa ilk iki yerdən başlasa da, startda Oskar Piastri Lando norrisə hücum etmiş və buna görə də britaniyalı sürücü vaxt itirərək, üçüncü yerə qədər geriləmişdi. Yekunda isə Şarl Lekler yarışı qazanmış, McLaren sürücüləri isə 2 və 3-cü yerləri tutaraq, qələbəni əldən vermişdilər.
Norris hazırda çempionatın lideri Maks Ferstappenə ən yaxın sürücüdür və o, niderlandlı sürücüdən 62 xal geridə qalır. Oskar Piastri isə mövsümün bitməsinə 8 yarış qalmış Norrisdən 44 xal az toplayıb. İlk iki yer arasında xal fərqi çox olsa da, Red Bull-un zəifləməsi Norrisin və McLaren-in çempionluğu üçün önəmli şans yaradıb.
Andrea Stella əlavə edib ki, Piastri Montsada komanda yoldaşına sərt formada hücum etdikdən sonra bu qərarı veriblər: “Artıq belə şey görmək istəmirik. Montsada yarışa ilk iki yerdən başlasaq da, sonda ikinci və üçüncü olduq. Belə hallar komandaya zərər verir.
Montsadan sonra 3 hədəfimiz var: Trasda baş verən hadisələr komandaya zərər verməməlidir.
İkinci hədəf hər iki sürücünü də çempionatı qazanmağımız üçün bizə yardım etməlidir. Ancaq əsas hədəfimiz qalmaqalsız formada qazanmaqdır. Bu üç hədəf Bakıda necə yarışacağımızı müəyyən edir. Bu hallar Bakıdan sonra yerini tapacaq”.
Andrea Stella əlavə edib ki, onlar bu barədə Piastri ilə danışıqlar aparıblar və avstraliyalı sürücü Lando Norrisin daha çox xal qazanacağı vəziyyətdə qələbədən belə imtina etməyə razıdır: “Danışıqlar çox yaxşı keçdi. Oskardan soruşduq ki, qələbədən imtina edərsən? O isə dedi ki, bu məyusedici olsa da, bəli.
Hər sürücü qələbə qazanmaq istəyir. Amma bizdəki komanda ruhu hamıya təsir edibdir”.
Şərh əlavə et