Kokpit.az xəbər verir ki, Bu yanaşmanı şərh edən Norris rəhbərlikə təşəkkür edib, lakin özü də titul qazanmaq istədiyini bildirib.
Lando Norris: “Şadam ki, “papaya qaydaları” indi aydınlaşdırıldı, lakin Oskar öz mübarizəsini aparır, öz problemlərini həll edir. Əgər o, məndən daha yaxşı çıxış edirsə, məni qabaqlayır və yarışda qalib gəlirsə, deməli, daha yaxşı iş görüb.
Lazım olsa, Oskardan kömək alacam, amma o, özü üçün mübarizə aparmaq, hər seansda ən yaxşı nəticə əldə etmək üçün trasa çıxır. Bu kömək liderliklə yox, daha aşağı yerlərlə bağlı ola bilər – yarışa liderlik edərkən mənə keçməyə icazə verəcəyini gözləməyəcəm. Bu onun üçün mənfi təcrübə olardı.
Mən burada yarışmaq üçün gəlmişəm və əgər bir sürücü məndən daha yaxşı çıxış edirsə, deməli, həqiqətən də daha yaxşıdır. Kiminsə hesabına titul qazanmaq istəmirəm. Bəli, çempion olmaq əla olardı, qısa müddətdə xoşbəxt olardım, amma uzun müddətdə belə bir qələbə ilə fəxr edəcəyimi düşünmürəm. Maksı və digər rəqibləri məğlub edərək, həqiqətən də ən yaxşı olduğumu sübut edərək qalib gəlmək istəyirəm”.
Şərh əlavə et