Kokpit.az xəbər verir ki, Fernando 2026-cı ildə də yarışacağını bildirib. Adrian Nyuinin Aston Martin-ə keçidindən sonra komandanın gələcək sürücü heyəti olduqca böyük maraq doğurur.
Fernando Alonso: “Mən karyeramı bitirmək vermək fikrində deyiləm. 2026-cı ildə Formula 1-də yarışacam, ondan sonra isə Formula 1 və ya digər seriyalarda yarışacam, amma Aston Martin komandasının tərkibində, WEC-də və ya başqa yerdə.
Üçüncü titul? Gəlin gözləyək və görək. Gələcəkdə bizi nəyin gözlədiyini heç kim bilmir, amma komandamızın yaxşı perspektivləri var. Mən başa düşürəm ki, bütün bunlar vaxt tələb edir və bu da məndə yoxdur, amma rahatam və bu macəradan həzz alıram”.
Şərh əlavə et