Kokpit.az xatırladır ki, Mercedes komandası növbəti mövsüm üçün əfsanəvi Lyuis Həmiltonun əvəzinə Kimi Andrea Antonellini gətirəcək. İtalyan sürücü aşağı seriyalarda çempion olaraq və Formula 3-də yarışmadan, sürətlə Formula 2-yə yüksəlib.
Corc Rassell gələcək komanda yoldaşı Corc Rassellin sürətinə təriflər yağdırıb və bildirib ki, Formula 1 təcrübəsi yığdıqca inkişaf edəcək.
Cocr Rassell: “Həmişə inanıram ki, bir həftəsonu keçirsə, təkərlər və komanda ilə işləməyi öyrənəcək. Ancaq hazırda 17 yaşımdakına nisbətən sürətli olduğumu hiss edirəm. Ya sürtəlisiniz ya da deyilsiniz. Kimi isə qətiliklə sürətlidir. Bunu bütün aşağı seriyalarda isbatladı”.
Kimi Antonelli keçən İtaliya Qran Prisində birinci sərbəst yürüşlərdə trasa çıxmış və Corc Rasselli əvəz etmişdi. Lakin işlər italyan sürücü üçün yaxşı getməmiş və o, yüksək sürətdə bariyerlərə çırpılaraq sadəcə 10 dəqiqədən sonra mübarizəni dayandırmışdı.
Corc Rassell: “Səhvlər əlbəttə, olacaq. Bu halla hamımız qarşılaşmışıq. Məncə, Formula 1-də peletondakı istənilən sürücü bir neçə mövsüm səhvlər edib. Sadəcə siz öndə yarışırsınızsa, bu hal daha çox nəzərə çarpır.
Kimi çox sürətli sürücüdür və gələn il mənə çətin anlar yaşadacağından əminəm. Gələn ildən etibarən onunla birlikdə yarışmaq üçün çox səbirsizlənirəm”.
Şərh əlavə et