Xəbəri Kokpitdə Oxuyun!

Azarkeşlər üçün pit zolağı gəzintisi təşkil edilib

Bu il Bakı səkkizinci dəfə dünyanın ən sürətli yarışından biri olan Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edir. Formula 1 həvəskarlarının həyəcanla gözlədiyi məqamlardan biri olan pit zolağı gəzintisi saat 16:00-da başlayıb və sürət həvəskarlarına xüsusi anlar bəxş edib.

Kokpit.az xəbər verir ki, təxminən iki saat davam edən gəzinti üç günlük bilet sahiblərinə dünya şöhrətli pilotlarla şəkil çəkdirmək imkanı qazandırıb.

Pit zolağında azarkeşlər sevimli komandalarının, xüsusilə Ferrari, Red Bull Racing və Mercedes kimi nəhənglərin qarajlarını canlı şəkildə izləməklə onların bolidlərinin texniki baxımdan necə hazırlandığını görmək şansı əldə ediblər. Bu gəzinti Formula 1 dünyasının pərdəarxasına nəzər salmaq və yarış atmosferini dərindən hiss etmək üçün əvəzsiz bir fürsət olub.

Azarkeşlər mühərriklərin gurultusu ilə müşayiət olunan bu gəzintidə maşınların performansına və mexaniklərin sürətli iş prosesinə şahid olublar. Yarışın ilk həyəcanını məhz Pit zolağında hiss edən avtoidman həvəskarları üçün bu yarış həftəsonu mükəmməl bir başlanğıc olub.

Xatırladaq ki, təqvimin ən maraqlı yarışlarından hesab olunan Bakı yarışı 13-15 sentyabrda start götürəcək.

Elçin Zodorov

Şərh əlavə et