Kokpit.az xatırladır ki, Çeko Bakı Şəhər Halqasının ən uğurlu sürücüsüdür. O, burada iki dəfə qələbə qazanıb, 3 dəfə isə podiumda olub. Ümumilikdə meksikalı sürücü şəhər tipli traslarında göstərrdiyi performansla fərqlənib.
Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, onlar İtaliya yarışından sonra onlar bazada komanda ilə birlikdə bolidin problemlərini anlamaq üçün gərgin formada işləyiblər: “Montsadakı yarışdan sonra yaxşı dəyərələndirmə və işləmə müddəti keçirdik. Həm mən, həm də Maks bazada idik və komandamızla birlikdə bolid performansında yaşadığımız problemləri həll etmək üçün işlədik.
Bakı həmişə maraqlı tras olub. Şəxsən orada yarışmağı çox sevirəm. Şəhər tipli traslar mənim tərzimə uyğundur və bu cür traslarda limitlərdə sürməyi sevirəm.
RB20-nin Bakıda necə işləyəcəyini görmək maraqlı olacaq. Bizim üçün sərbəst yürüşlər çox vacibdir və orada son iki həftədə bolidlə bağlı öyrəndiyimiz hər şeyi tətbiq edəcəyik”.
Qeyd edək ki, Serxio Peres son qələbəsini elə keçən ilin aprelində Bakıda qazanıb. Bəs Çekonun qələbə həsrəti Bakıda bitəcək?
Şərh əlavə et