Kokpit.az xatırladır ki, Red Bull komandası İtaliya yarışında aşkar formada ən sürətli 4-cü komanda idi. İndi isə Azərbaycan Qran Prisi gəlir. “Qırmızı öküzlər” Bakı Şəhər Halqasındakı son 3 yarışda qalib gəliblər.
Maks Ferstappen bildirib ki, Montsa yarışı onlar üçün çətin keçib və komanda olaraq əsas məqsədləri əvvəlki formalarına qayıtmaqdır: “Bu həftə bazada işçilərlə birlikdə idim və yarışdan əvvəl simulyatorda işlədim. Montsada yarış çətin keçdi və əsas məqsədimiz əvvəlki formamıza qayıtmaqdır.
Həmişə daha güclü olmaq istəyiri və komanda son yarışlarda yaşadığımız problemləri düzəltmək üçün çox işləyir. İndi isə Bakıya gedirik.
Bakıda yarışmaq həmişə yaxşı meydan oxumadır və maraqlı trasdır. Şəhər tipli tras olmasına baxmayaraq uzun düzlüklər var. Buna görə də Bakı Şəhər Halqasında yenidən yarışmağa hazırıq və görək həftəsonu bizə nələr gətirəcək”.
Şərh əlavə et