Kokpit.az xatırladır ki, Ədrian Nyui Aston Martin komandasına transfer olunub. Britaniyalı mütəxəssis həm komandanın səhmdarı, həm də texniki direktor ortağı olub. Aston Martin-in rəhbəri Lourens Stroll məhşur mühəndisin bütün tələblərini qarşıalyaraq transferi reallaşdırıb.
May ayında Ədrian Nyui Red Bull ilə yollarını ayırdığını açıqladıqdan sonra başda Ferrari olmaqla çox komanda onunla maraqlanmışdı. Lakin aerodinamikanın atası olan britaniyalı mühəndis Aston Martin komandasını seçib.
Ədrian Nyui Ferrari və digər komandaların marağı barədə bunları deyib: “Məni istəyən komandaların çox olmasına görə qürurlandım. Bəziləri ilə danışıqlar da apardım, amma hamısı ilə yox. Ən sonda Aston Martin komandasını seçdim və yaxşı seçimdir”.
Ferrari komandasının rəhbəri Frederik Vassyör isə Nyui ilə danışıqlar apardığını, amma fikirlərin üst-üstə düşmədiyini demişdi: “Bəli, onunla danışıqlar apardıq, amma o məndən fərqli şeylər düşünürdü. Bəlkə də bir gün ortaq məxrəcə gələ bilərik”.
Qeyd edək ki, Ədrian Nyui Aston Martin-dəki işinə gələn ilin mart ayında başlayacaq.
Şərh əlavə et