Xəbəri Kokpitdə Oxuyun!

Apple Watch Series 10 təqdim olunub

Glowtime tədbirində təqdim edilən cihazlardan biri də Apple Watch Series 10 oldu. Bu saat bəzi yeniliklərlə qarşımıza çıxır. Gəlin bu yeniliklərə birlikdə nəzər salaq.

Apple Watch Series 10-un dizaynı

10-cu nəsil Apple Watch üçün bunu deyə bilərik: Bu günə qədər istehsal olunan ən böyük və ən nazik Apple ağıllı saatı. Künclərin yuvarlaqlığı ilk görünüşdə diqqəti cəlb edir. Bu modeldə titanium və yenidən istifadə üçün geridönüşdürülmüş materiallardan istifadə olunur.

Apple Watch Series 10-un performansı ve texniki xüsusiyyətləri

Apple Watch Series 10-da ekran daha parlaq olacaq, amma burada istifadə olunan bucaqlı LED texnologiyası, həm fərqli rakurslardan ekranı görməyi mümkün edəcək, həm də batareyaya qənnaət edəcək. Batareya isə yarım saata 80 faiz dolur. 30 faiz daha yaxşı səs çıxaran səsgücləndirmə sistemi və daha gözəl dizaynı ilə ən nazik Apple Watch statusunu əldə edir. Metal arxa hissə isə cihazın enerji saxlama performansını artırır.

Yeni ağıllı saatta dörd neural engine nüvəli S!0 proçessor var. Bu proçessor və süni intellekt sayəsində ağıllı saatda yıxılma və çırpılmanı hiss edəcək sensorlar var. Eyni zamanda bu saat arxa plan səsindən istifadəçisinin səsini ayıra biləcək. Bu saatda səs tanıma və tərcümə xüsusiyyətləri var.

Apple Watch Series 10-un sağlamlıq ve fitness xüsusiyyətləri

Apple Watch nə qədər yatdığımızı və yuxu keyfiyyətimizi də izləyəcək. Bu il Apple yuxu apnesinə köklənib. Yəni ki Apple Watch Series 10 bu problemi tapmaq üçün sensorlarından istifadə edəcək və yuxumuzdakı qeyri-stabilliyi tapacaq. Saat bu barədə istifadəçisinə məlumat verəcək və həkimlərə yönləndirəcək. Hazırda bunun üçün Apple bəzi qurumların razılığını gözləyir.

Apple Watch Series 10-u OP72 sertifikatı ilə suda və hovuzda da istifadə edə bilərsiniz. Saat bizim suyun neçə metr altında olduğumuzu, suyun temperaturunu və olduğumuz yerə aid məlumatlar da verəcək. Saatın batareyası isə 18 saat dözə biləcək.

 

Apple Watch Series 10-un qiyməti

Apple Watch Series 10 sentyabrın 20-də satışa çıxarılacaq. Standart modelin 399 dollara, GPS+ mobil versiya isə 499 dollara satılacaq.

Rauf Hacıyev

Şərh əlavə et