Xəbəri Kokpitdə Oxuyun!

İPhone 16 və İPhone 16 Plus təqdim olunub

Glowtime tədbirində İphone 16 seriaysının sadə versiyaları olan İphone 16 və İphone 16 Plus təqdim olunub. Baza modellər bu il daha güclü formada gəlib.

Dizayn

İphone 16 standart və Plus modellərində vacib dəyişiklik görürük. Apple keçən il çoxlu dizayn test etmişdi. Onlar sonda kameraların düzülüş formasını dəyişiblər və diaqonal düzülüşdən şəquli düzülüşə keçiblər. Bunun səbəbi ultra geniş və geniş kameraların köməyi ilə Vision Pro 3-də daha rahat video izləməkdir.

Bundan başqa cihazda kiçik dəyişikliklər var. Modeldə material olaraq şüşə və aliminiumdan istifadə olunub. İphone 15-dən etibarən bütün modellərə yerləşdirilən Dinamik Ada bu cihazlarda da qarşımıza çıxır.

Ekran

İPhone 16 keçən il olduğu kimi 6.1 düyməlik 60 Hz tezlikli OLED ekranla gələcək. Günəşli günlərdə maksimum parlaqlıq 2000 nitdir. Bundan başqa daha incə çərçivə dizaynı, görüntü texnologiyaları kimi yeniliklər də var. Apple əksər hallarda əvvəlcə Pro modellərin ekranlarını yaxşılaşdırır. Buna görə də Pro-dakı ekran xüsusiyytələri böyük ehtimalla növbəti il sadə modellərə də veriləcək.

Proçessor və performans

Apple yeni nəsil İPhone modelləri üçün yeni proçessorlar hazırlayıb. Qeyd edək ki, İphone 14 və İphone 15 bir il əvvəl Pro versiyalarda istifadə edilən proçesserlarla satışa çıxarılmışdı. Lakin amerikan şirkəti bu il fərqli yola əl atıb və sadə modellər də aktual proçessorla təchiz edilib. Beləliklə İphone 16 və İphone 16 Plus A18 adlı yepyeni proçessorla satışa çıxarılacaq.

Proçessor tamamilə İphone 16-ya xüsusi olaraq hazırlanıb və Apple İntellegence ilə gələcəkdə suni intellekt xüsusiyyətləri üçün əlverişli proçessor olacaq. Bu proçessorun performansı da çox yaxşılaşıb. Telefon 2 performans və 4 məhsuldarlıq nüvəsinə sahibdir. Yeni proçessor hesabına İPhone 15-dən 40 faiz, İPhone 14-dən 50 faiz daha yaxşı GPU performansı təqdim edir. CPU performansı isə müvafiq olaraq 30 faiz fə 50 faiz daha yaxşıdır.

RAM cəhətədən də böyük dəyişiklik var. Artıq 16-nın baza moderlləri də 8 GB RAM tutumu ilə istehsal olunub. Bundan başqa cihazda tamamilə yeni Wi-Fi 7  əlaqə dəstəyi də yer alıb.

Kamera

48 MP (f/1.6) ana kamera (12 MP telefoto)
12 MP (f/2.2) ultra geniş kamera

Pro modellərindən fərqli olaraq 16-nın baza modellərinin kameralarında elə də böyük dəyişikliklərlə qarşılaşmırıq. Sadəcə ultra geniş kameranın diafraqması təkmilləşdirilib və f/2.2-yə yüksəldilib. Bu da aşağı işıq performansında daha yaxşı nəticələr verəcək. Makro çəkilişi də yaddan çıxarmayaq.

Yeni kamera tənzimləyici düymə

Telefona yeni kamera tənzimləyici  çəkiliş düyməsi də əlavə olunub. Bu düymə güc düyməsinin yanına yerləşdirilib. Bu düymə barədə sadə dildə danışsaq, kameralardakı çəkiliş düyməsi kimi işləyəcək və şəkil ya da video çəkərkən istifadə ediləcək. Bu düymə toxunmağa qarşı həssas olduğu üçün ona basanda kamera açılacaq. Basıb saxlayanda isə video çəkə biləcəksiniz. Bundan başqa yaxınlaşdırma və uzaqlaşdırma xüsusiyyətləri də var.

Visual İntelligence hesabına kameradan istifadə edərək gördüyünüz hər hansı bir şeyin nə olduğunu tapa biləcəksiniz.

Bu süni intellekt xüsusiyyəti yeni kamera tənzimləyici düyməsindən istifadə edərək sizə maraqlı olan şeyləri tapmağınıza kömək edir. Məsələn, tanımadığınız yerə gəldiyinizdə oranı kameraya tutub nə baş verdiyini bir toxunuşla anlaya bilirsiniz. Ya da kameranı bir itə tutub nə olduğunu başa düşürsünüz. İphone 16 bunun üçün süni intellektdən dəstək alır.

Hərəkət düyməsi artıq baza modellərdə də var

Apple keçən ilk iPhone 15 Pro modellərinə hərəkət düyməsi adlı çoxyönlü düymə əlavə etmişdi. Bu düymə səssizə al qisminin yerinə qoyulmuşdu və bir neçə funksiyaya qısa yolla çatmağınıza kömək edir.

Batareya

İphone 16 batareya cəhətdən də güclənib. Standart modelin batareya tutumu 3561 mAh-a yüksəlib. Bu, əvvəlki nəsildə 3349 mAh idi. Yəni ki, keçən illə müqayisədə 6 faizlik artım var. Bundan başqa sürətli doldurulma dəstəyi də 48 faiz artıb və 40W-a yüksəlib.

İphone 16-da daha uzun batareya ömrü görürük. Şirkətin dediyinə görə videoya baxma müddəti 22 saata yüksəlib. Bundan başqa naqilsiz doldurulma olan MagSafe-in də 25W-a qədər yüksəldiyini əlavə etmək istəyirik.

Apple İntelligence

Təbii ki, Apple-in ən vacib yeniliklərindən biri də Apple İntelligence süni intellekt xüsusiyyətifit. Şirkət bu xüsusiyyətlərin 15 Pro və üst modellərə gələcəyini demişdi. Yəni ki, sadə İphone 16-da da olacaq. Apple İntelligence ilə mesajlara, Mailə, Safariyə və Şəkillərə, bir sözlə telefonun hər yerimə süni intellekt əlavə olunacaq. Bundan başqa Siri də istehsalçı süni intellekton dəstəyi ilə daha da güclü olacaq.

Apple İntelligence xüsusiyyətləri növbəti aylarda ABŞ ingiliscəsində çıxacaq. Digər dillər isə növbəti il gələcək.

Yüksək keyfiyyətli oyunları oynamaq mümkün olacaq

İPhone 16 A18 proçessorun hesabına Resident Evil 7 Biohazard, Assassin’s Creed: Mirage kimi yüksək keyfiyyətli oyunları aça biləcək. Bu oyunları əvvəllər sadəcə İphone 15 Pro modelləri işlədə bilirdi. İphone 16-da isə oyunlar 30 faiz daha yaxşı performansla işləyəcək və ray tracing xüsusiyyəti ilə gələcək.

İphone 16 rəng seçimləri

İPhone 16 yeni rənglərlə gələcık. Bunlar tünd göy, dəniz mavisi, çəhrayı, ağ və qara olacaq

İPhone 16 xüsusiyyətləri

Ekran 6,7 inç, 60 Hz, 2556x1179p meqapiksel, Super Retina XDR, OLED
Proçessor A18
RAM 8 GB
Yaddaş 128 GB / 256 GB / 512 GB
Arxa Kamera 48 MP (f/1,6) + 12 MP (f/2,2)
Ön Kamera 12 MP (f/1.9)
Batareya  3.561 mAh (20W)
Sistem iOS 18
Ölçü 147,6 mm x 71,6 mm x 7,80 mm
Çəki 170 qram

 

İPhone 16 Plus xüsusiyyətləri

Ekran 6,7 inç, 60 Hz, 2796 x 1290p meqapiksel Super Retina XDR, OLED
Proçessor A18
RAM 8 GB
Yaddaş 128 GB / 256 GB / 512 GB
Arxa Kamera 48 MP (f/1.6) + 12 MP (f/2.2)
Ön Kamera 12 MP (f/1.9)
Batareya  4.006 mAh (20W)
Sistem iOS 18
Ölçü 160,9 mm x 77,8 mm x 7,80 mm
Çəki 199 qram

İPhone 16 Plus demək olar ki, standar modellə eynidir. Həmişəki kimi bir neçə kiçik fərqlilik olur. Təbii ki, ən böyük fərq ekranın daha böyük olmasıdır. Bu modeldə ekran 6.1 düymə yox, 6.7 düymə olaraq qarşımıza çıxacaq.

Əsas dəyişiklik isə batareyadadır. Plus həmişə güclü batareyasına görə seçilsə də, bu dəfə elə deyil. İphone 16 Plus keçənilki İPhone 15 Plus-a nisbətən 9 faiz zəif batareya ilə gələcək. İPhone 15 Plus-da 4383 mAh, 16 Plus-da isə 4006 mAh tutumlu batareya var.

Rauf Hacıyev

Şərh əlavə et