Xəbəri Kokpitdə Oxuyun!

iPhone 16 Pro və iPhone 16 Pro Max təqdim olunub

Beləliklə, İphone 16 Pro və İphone 16 Pro Max təqdim olunub. Bu bəzi adamlar üçün sadəcə rəqəm dəyişimidir, amma bəziləri üçün mükəmməl cihaz. Bəs sizcə? Gəlin birlikdə təhlil edək.

Dizayn

 

İphone 16 Pro Apple-in son illərdəki dizayn dəsti-xəttini qoruyub: Daha kəskin kənarlar və daha yuvarlaq künclər. Bundan başqa arxa tərəfdə əvvəlki illərdəki kimi 3 kamera görəcəyik. Ekran da keçən illə eyni qalıb: Burada Dynamic İsland adlı bir dəlik var.

Lakin bu o demək deyil ki, İphone 16 Pro ilə 15 Pro eyni dizaynda olacaq. Bu il istehsal olunan İphone-larda biz yeni düymə görəcəyik. Buna “Çəkiliş Düyməsi” deyilir. Bu düymə hesabına şəkil çəkərkən görüntünü yaxına, uzağa tənzimləyə və üstünə basaraq şəkil çəkə bilərsiniz.

Ekran

İphone 16 Pro və İphone 16 Pro Max bu il əvvəlki illərə nisbətən nisbətən böyük ekranla gələcək. İphone 16 Pro-da 13 düyməlik, İphone 16 Pro Max-da isə 6.9 düyməlik ekran ölçüləri ilə qarşılaşacağıq. Lakin bu ekranlar texnologoyalarına görə bir il əvvəlkilərdən elə də fərqli olmayacaq. Yenə də 120 Hz sürətli  Super Retina XRD ekranlardan istifadə olunub.

Digər texniki xüsusiyyətlər

Apple-in yeni flaqman modellərində A18 Pro proçessorlarından istifadə olunacaq. Bu proçessor birbaşa süni intellektə fokuslanacaq və Apple İntellegence xüsusiyyətlətinin cihaz daxilində işləməsini təmin edəcək. Alıcılar həm 16 Pro-da, həm də 16 Pro Max-da 8 GB Ram tutumu ilə qarşılaşacaqlar. Yaddaş isə 256 GB-2TB arasında seçim ediləcək.

Batareya 

İphone 16 Pro ailəsində bataraya nisbətən güclənib. İphone 16 Pro-nun batareyası 3366 mAh, İphone 16 Pro Max-ın batareyası isə 4676 mAh tutumlu olacaq. Apple bu batareyalar üçün metal örtükdən istifadə edəcək. Bu da cihazların soyutma texnologiyasını dəstəkləyəcək. Belə olan halda telefonun da işləmə sürəti artacaq.

Kamera

İphone 16 Pro və İphone 16 Pro Max eynilə İphone 15 Pro modellərində gördüyümüz 48 Meqapiksel f/1.78 diafraqmalı geniş bucaqlı əsas kamera ilə gəlir. Bundan başqa 48 meqapiksellik ultra geniş bucaqlı kameralar da bizi gözləyir. Bu ultra geniç kamera piksel birləşdirmə xüsusiyyəti təqdim edəcək və əvvəlki nəsildən daha yaxşı performans verəcək.

Bunlardan başqa İphone 15 Pro-da tanış olduğumuz 12 meqapiksellik Tetraprism Telefoto kamera həm İphone 16 Pro da həm də İphone 16 PRo Max-da olacaq. Bu kamera 5x optik, 25x rəqəmsal yaxınlaşdırmağa imkan verir.

İphone 16 Pro-nun ən çox diqqət cəlb edən xüsusiyyəti isə 4K meqapikseldə 120 fps videolar çəkməsi olacaq. Bunun hesabına telefonlarlar peşəkar çəkilişlər mümkünləşəcək.

İphone 16 Pro Max xüsusiyyətləri

Ekran 6.9 düymə, 120 Hz, Super Retina XDR
Proçessor A18 Pro
RAM 8 GB
Yaddaş 256-512-1024-2048 GB
Ön Kamera 12 MP (f/1.9)
Arxa Kamera 48 MP (f/1.78) + 48 MP (f/2.2) + 12 MP (f/1.78)
Batareya 4.676 mAh
Sistem iOS 18
Ölçü 163,0 mm x 77,58 mm x 8,26 mm
Çəki 225 1ram

İphone 16 Pro xüsusiyyətləri

Ekran 6.3 inç, 120 Hz, Super Retina XDR
Proçessor A18 Pro
RAM 8 GB
Yaddaş 256-512-1024-2048 GB
Ön Kamera 12 MP (f/1.9)
Arxa Kamera 48 MP (f/1.78) + 48 MP (f/2.2) + 12 MP (f/1.78)
Batareya 3.355 mAh
Sistem iOS 18
Ölçü 149,6 mm x 71,45 mm x 8,25 mm
Çəki 194 gram

Rauf Hacıyev

Şərh əlavə et