Kokpit.az xatırladır ki, Helmut Markonun artıq … yaşı var. O, padokda ən yaşlı və ən təctübəli adamlardan biridir. O, 20 ildir ki, Red Bull komandasında çox vacib rol oynayır.
Buna baxmayaraq Helmut Marko bildirib ki, özünü çox yaxşı hiss edir , amma bəzi işlərindən çəkiləcək.
Helmut Marko Red Bull üçün vacib fiqurdur və o şirkətin sahibi Ditrix Mateşiç ilə birlikdə işləyərək titullar qazanan imperatorluq qurmuşdular.
Helmut həm də komandanın əsas sürücüsü Maks Ferstappenlə də yaxın dostdur. 81 yaşlı mütəxəssis hər Qran Priyə gedir və ən 2026-cı ilə qədər işində qalmağı planlaşdırır.
Helmut Marko: “Artıq gəncləşmirəm. Müqaviləm 2026-cı ilə qədər davam edir, amma fiziki zehni cəhətdən güclü olduğum müddətdə işiçi görməyə davam edəcəyəm.
Bundan həzz alıram, amma təbii olaraq bir müddətdən sonra geri çəkiləcəyəm. Ümid edirəm ki, yerimə yaxşı birini taparam”.
Helmut Markonun əsas işlərindən biri gənc istedadları yetişdirməkdir. O, çox vaxt gənc sürücülərə qarşı çox qəddar olub. Red Bull-un yetişdirdiyi ən yaxşı gənc sürücülərdən biri Maka Ferstappendir.
Helmut Marko gənc niderlandlıya necə güvəndiyi ilə bağlı danışıb: “Ferstappen ilə razılığa gəldiyimizdə 15 yaşı var idi. Suzukada ilk yarışına çıxanda isə 16 yaşında idi. Suzuka ən çətin traslardan biridir. Köhnə stildədir. Buna görə də çox tənqid olunduq. Dedilər ki, gəncdir və onun sürməsi təhlükəlidir və qaydaları dəyişdirdilər.
Maks ilə bir ya da iki saat oturduq. Qarşımda gənc olsa da, yetişmiş adam var idi və nə isdiyini çox yaxşı bilirdi. Buna görə də onu Formula 1 bolidinə mindirmək mənim üçün risk deyildi. Düzdür, bəzən qəzalar etdi, amma əksər sürücülər təzə gələndə qəzalar edirlər”.
Şərh əlavə et