Kokpit.az xatırladır ki, Ədrian Nyui 2025-ci ilin ilk rübündə Red Bull komandasından ayrılacaq və böyük ehtimalla Aston Martin-ə keçəcək. Hətta onun Aston Martin-ə transferi bu gün mətbuara açıqlana bilər.
Fernando Alonso 2001-ci ildən Formula 1-də yarışsa da, heç vaxt Ədrian Nyui ilə işləməyib. İspaniyalı sürücü keçən həftə Nyuinin dizayn etdiyi Aston MArtin Valkyrie-sini alıb və Monako küçələrində sürüb. Bu ikilinin 23 illik keçmişdə ən böyük yaxınlaşması olub.
Fernando Alonso təcrübəli britaniyalı mühəndisin komandaya gəlmə ehtimalını çox müsbət qarşılayıb: “Baxın, əgər Nyui nəhayət ki, Aston Martin-ə gəlirsə, onunla işləmək mənim üçün şərəf olar, çünki o, tarixin ən yaxşısıdır. O bu idmanda bir dahidir və onun işləmək inanılmaz olar. Amma alınmasa, problem deyil. Əgər gəlsə və onunla 6 ay ya da bir il işləsəm, mənim üçün çox yaxşı olar.
Görək gələcəkdə nə olur. Vaxtı gələndə o qədər faktor olur ki. nə qərar verəcəyimi bilmirəm və düşünmək istəyirəm”.
Fernando Alonso ilə Ədrian Nyui arasındakı hörmət qarşılıqlıdır. Red Bull-un texniki direktoru keçən il verdiyi bir müsahibədə demişdi ki, o bir gün ispaniyalı pilotla işləmək istəyir.
Ədrian Nyui 2023-cü ildə Britaniya mətbuatına verdiyi müsahibədə birlikdə işləməkdən həzz alacağı sürücü barədə verilən suala belə cavab vermişdi: “Sürücülərdən Fernando həmişə işləmək istəyəcəyim bir pilotdur”.
2013-cü ilin sonunda Mark Vebber Formula 1 karyerasını bitirdikdən sonra Red Bull komandası Fernando Alonsonu transfer etmək istəmişdi. Ədrian Nyui bu barədə belə danışmışdı: “Bunun reallaşmaması çox məyusedici olmuşdu, çünki mən Fernandoya həmişə böyük hörmət etmişəm.
Reallıq budur ki, hər şeydən əvvəl keçmişdə yox, bu gündə və gələcəkdə yaşamağa çalışıram. Peşmanam? Yox. Sadəcə əlimə düşən fürsətlərə sahib olduğum, çalışdığım insanlarla çalışdığım və tanış olduğum insanlarla tanış olduğum üçün özümü çox bəxtəvər hiss edirəm”.
Şərh əlavə et