Xəbəri Kokpitdə Oxuyun!

Bortoleto Sauber-ə keçməyə yaxındır

Sauber komandası gələn il Niko Hülkenberqin komanda yoldaşı kimi Qabriel Bortoletonu transfer etməyə yaxındır.

Kokpit.az bildirir ki, Qabriel Bortoleto və Valtteri Bottas Sauber-də qalan boş yeri doldurmaq üçün ən güclü namizədlər kimi görünürlər. Lakin belə görünür ki, Bortoletonun bu yer uğrunda fin pilota nisbətən üstünlüyü var. 19 yaşlı pilot İsveçrə komandasına keçmək üçün McLaren-dən də razılıq alıb.

Əvvəlki həftələrdə bildirildiyi kimi, Sauber 2025-ci il sürücü heyətini tamamlamaq üzrədir. Aylarla davam edən dedi-qodu və qərarsızlıqdan sonra razılığa gəlməyin vaxtı çatıb.

Bortoleto və Bottas bir müddətdir ki, müqavilə imzalamaq üçün ən böyük favoritlərdir. Hal-hazırda Bortoleto gələn il Niko Hülkenberqlə birlikdə yarışmaq üçün ən böyük favoritdir.

Hazırda McLaren akademiyasında olan braziliyalı sürücünün yaxın gələcəkdə Britaniya komandası ilə yarışmaq şansı yoxdur. Buna görə də Sauber-ə mümkün keçidi asanlaşdırmaq üçün McLaren ilə razılıq əldə edilməlidir.

Braziliya mətbuatı xəbər verir ki, Zek Braunun komandası Bortoletoya Sauber komandasına qoşulmağa icazə verib. Lakin 19 yaşlı pilotun McLaren ilə əlaqələri davam edir. Yəni ki, gələcəkdə geri dönüş mümkün ola bilər.

Belə görünür ki, Sauber Bortoleto ilə  iki illik müqavilə bağlamaq istəyir. Bu isə o deməkdir ki, gənc braziliyalı 2026-cı ildən sonra McLaren-ə keçə bilər. Bortoletonun istedadını və potensialını nəzərə alsaq, bu, təəccüblü deyil. İndi əsas odur ki, Bortoletonun Sauber-ə keçməsi üçün önündəki əngəl qalxıb.

Hazırda heç bir şey təsdiqlənməsə də, braziliyalı sürücünün Valtteri Bottasa qarşı üstünlüyü var. Burada bir neçə faktor var. Onlardan biri də iki sürücü arasındakı yaş fərqidir. Bortoletonun 19 yaşı var və il-ildən inkişaf edir.

Bundan başqa Bortoletonun maliyyəsi də Valtteri Bottasa nisbətdə azdır. Onun maaşının Bottasdan az olması gözlənilir.  Həm də Bortoletonun yaxşı sponsorlar gətirə biləcəyi də düşünülür.

Bu yaxınlarda Williams komandasına keçmiş Franko Kolapinto Britaniya komandasına həm trasda, həm də trasdan kənarda fayda verib.

Sauber bu ul Valtteri Bottasla müqavilə yeniləyə bilərdi. Iakin tərəddüt etdilər. Bu isə onu göstərir ki, Audi onunla uzunmüddətli layihələrdə işləmək istəmir. Qalan günlər və həftələrdə bu barədə daha qəti addımlar atılacaq. Lakin hazırda hər şey Qabriel Bortoleronun lehinədir.

 

Rauf Hacıyev

Şərh əlavə et