Xəbəri Kokpitdə Oxuyun!

Bakıda yenə fərqli sürücü qalib gələcək?

Unibet bukmeyker kontoru qarşıdan gələn Azərbaycan Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

Kokpit.az xəbər verir ki, bukmeker kontorları Lando Norrisi Bakıda şəhər trasında yarışın favoriti hesab edir. Reytinqdə ikinci yerdə şansının partnyorundan iki dəfədən çox aşağı olduğu təxmin edilən McLaren komandasının digər pilotu Oskar Piastridir. Kontor əməkdaşlarının şansları qiymətləndirməsinə əsasən, Maks Ferstappen son bir neçə ildə birinci dəfədir ki, ilk üçlükdə yer almayıb. Bu dəfə onu hətta Montsadakı son yarışın qalibi Şarl Lekler də qabaqlayıb.

Lando Norris – 2.25
Oskar Piastri – 5.00
Şarl Lekler – 6.00
Maks Ferstappen – 7.00
Karlos Sayns – 9.00
Lyuis Həmilton, Corc Rassell – 15.00

Lakin buna baxmayaraq, Maksın çempionat olmaq şansları hələ də yüksək qiymətləndirilir və bu siyahıda Norrisi cüzi fərqlə qabaqlayır. Bukmeykerlər bu kateqoriya üzrə artıq yalnız 8 sürücü üçün əmsallar dərc edib.

Maks Ferstappen – 1.60
Lando Norris – 2.25
Şarl Lekler – 26.00
Oskar Piastri – 61.00
Lyuis Həmilton – 501.00
Karlos Sayns – 1001.00
Serxio Peres, Corc Rassell – 1001.00

McLaren komandası son yarışdan sonra Mühəndislər Kubokunda Red Bull ilə fərqi xeyli azaldıb və buna görə də sonda titulu əldə etmək şansları ötən yarışla müqayisədə, daha yüksək qiymətləndirilir.

McLaren – 1.17
Red Bull – 4.50
Ferrari – 15.00
Mercedes – 201.00

Elçin Zodorov

Şərh əlavə et