Kokpit.az xatırladır ki, meksikalı sürücü Çin yarışından sonra əksər yarışlarda xal qazanmaq üçün mübarizə aparıb. Lakin sonuncu İtaliya yarışı təkcə Çeko üçün yox, komanda yoldaşı Maks Ferstappen üçün də pis keçib. O, 2022 və 2023-cü illərdə qazandığı Montsada 6-cı yeri tutub və builki ən pis nəticəsini əldə edib.
Üçqat Dünya Çempionu İtaliya yarışından sonra bildirib ki, boliddə temp azdır və asfaltla ilişmədən şikayətlənib.
Son 10 yarışda podiuma belə çıxa bilməyən Serxio Peres isə düşünür ki, artıq Maks Ferstappen də onunla eyni problemləri yaşamağa başlayıb: “Son 10 yarışdakı hisslərimə baxsam, heç nə dəyişməyib. Bolidim Montsada əvvəlki kimi davranırdı. Amma birdən-birə Maks da mənimlə eyni problemləri yaşamağa başladı və bu, bizim üçün bir az sürpriz oldu.
Telemetriyada problemin tam olaraq nə olduğunu görə bilirik”.
Serxio Peres əlavə edib ki, Montsadakı yarış gözlədiklərindən çox çətin keçib: “Montsanın çətin keçəcəyini gözləyirdim, amma belə pis nəticə heç gözləmirdim. Çox yavaş idik və təkərlər çox yeyilirdi”.
Şərh əlavə et