Xəbəri Kokpitdə Oxuyun!

Nyui Aston Martin-dən 150 milyon sterlinq qazanacaq?

Bəzi iddialara görə Ədrian Nyui Aston Martin komandasından illik 30 milyon sterlinq maaş alacaq.

Kokpit.az bildirir ki, Ədrian Nyuinin Aston Martin-ə transferinin gələn həftə açıqlanması gözlənilir.

Britaniya mətbuatının xəbərinə görə Aston Martin britaniyalı mühəndis ilə beşillik müqavilə bağlayıb və ona ilinə 30 milyon sterlinq maaş verəcək.

Beləliklə Aston Martin-in sahibi Lourens Stroll komandanı Dünya Çempionu etmək üçün növbəti sərmayəsini qoyub və 65 yaşlı Nyui gələn ildən Aston Martin-də yarışmağa başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et