Yarışa Françesko Banyaya pouldan başlayıb. Franko Morbidelli ikinci, Marko Bezzekki isə üçüncü yerdən start alıblar. Çempionatın lideri Xorxe Martin dördüncü, keçən yarış hegemonluqla qalib gələn Mark Markes isə 9-cu yerdən yarışa start veriblər.
Start: Yağışın gözlənilməsinı baxmayaraq sürücülər yarışa quru təkərlərilə çıxıblar.
Startda Xorxe Martin dünənki kimi tərpənməsə də, yaxşı start alıb və ikinci yerə yüksəlib. Mark Markes isə yaxşı start alaraq 9-cu yerdən 7-ci yerə yüksəlib, amma Bezzekki ilə təmas yaşayıb.
Xorxe Martin liderlik üçün Banyayaya hücum etsə də, italyan sürücü sərt müdafiə ilə yerini qoruyub. Bu anda Pedro Akosta arxadan Morbidelliyə təmas edib və motosikleti zədənənib. Buna baxmayaraq bir dövrə sonra Akosta Frankonu keçərək, üçüncü yerə yüksəlib.
Lakin ispaniyalı sürücü zədəli motosikletə görə elə də rahat görünmürdü və buna görə də 4-cü sektorda yıxılaraq 3-cü yerdən axırıncı yerə yuvarlanıb.
Yağış güclənməyə başladıqca sürücülər də çətinlik çəkməyə başlayıblar. Franko Morbidelli yarışın 6-cı dövrəsində idarəetməni itirərək yıxılıb və mübarizəni dayandırıb.
Yarışın 7-ci dövrəsində Xorxe Martin pitə yönlənib və yağış təkərlərinə keçib. Digər sürücülər isə trasda qalıblar.
Mark Markes yağışlı havalarda məharətini göstərərək, Françesko Banyayanı keçib və yarışda liderliyə yüksəlib.
Daha sonra Raul Fernandes, Aleş Esparqaro, Maverik Vinyales, Pedro Akosta və Aleks Rins də pitə gələrək yağış təkərlərinə keçiblər.
Lakin tras qurumağa başlayıb və yağış təkəri götürmüş sürücülər trasda vaxt itirməyə başlayıblar. Bundan sonra Martin yenidən pitə gəlib. Onun quru təkərli motosikleti hazır olmadığı üçün pitdə vaxt itirib. İspaniyalı sürücü trasa qayıdanda lider qrupdan bir dövrə geridə qalıb.
Yarışın bitməsinı 14 dövrə bitmiş sıralanma belə olub: Markes, Banyaya, Bastyanini, Miller, Aleks Markes, Binder, Bezzekki, Kuartararo, Di Canantonio, Pol Esparqaro
Yarışın 20-ci dövrəsində yağış yenidən başlayıb. Bundan sonra Mark Markes ikinci yerdəki Françesko Banyaya ilə fərqi böyüdərək 3 saniyəyə çıxarıb.
Fabio Kuartararo isə Cek Milleri keçərək 7-ci yerə yaksəlib. Beşinci yer uğrunda mübarizədə isə Bezzekki Aleks Markesi geridə qoyub.
Beləliklə, Mark Markes Misanoda da qazanaraq ardıcıl ikinci qələbəsini qazanıb. Franmesko Banyaya ikinci, Enea Bastyanini üçüncü olub. Mark Markes yağışlı havada mükəmməl sürüşü ilə bu qələbəni əldə edib.
Mark Markesin qələbəsi Gresini Racing-in qurucusu Fausto Qresininin ölümündən sonra Gresini komandasının ilk qələbəsi olub. Özü də italyan komandası bu yarışa xüsusi rəng çaları ilə çıxmışdı.
Bu yarışa başlayanda Sürücülər Çempionatında 26 xal üstünlüyü olan Xorxe Martin isə səhv strategiya ilə 15-ci olaraq, sadəcə 1 xal qazanıb.
Bununla da yarışdan əvvəl Xorxe Martinlə Banyaya arasındakı xal fərqi 26 olsa da, yarışdan sonra fərq 7 xala düşüb.
Şərh əlavə et