Kokpit.az xatırladır ki, Conatan Vitli yayda Red Bull-dan ayrılaraq Audi komandasına transfer olunmuşdu.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Vitlinin komandadan gedişi onlar üçün böyük itkidir, lakin onların mühəndis heyəti geniş olduğu üçün bu boşluğu rahatlıqla dolduracaqlar: “Conatan Vitli komandanın çox vacib bir parçası idi.
Pit-stoplarımız, mexaniklərin təlimi, FİA ilə olan kommunikasiya və başqa mövzularda komandaya böyük faydaları olmuşdu.
O, karyerasına mexanik kimi başlasa da, böyük yol qət etdi və bu onun üçün qürurverici karyeradır. O, özünü daha yaxşı vəzifədə görmək istədi və Audi də ona cəzbedici təklif göndərdi.
Nə vəzifə, nə də maliyyə cəhətdən bu təklifi qarşılaya bildik. Onun bu fürsəti dəyərləndirmək istəməsini anlayıram, amma qətiliklə deyirəm ki, bizim üçün böyük itkidir.
Digər tərəfdən isə heyətimiz çox genişdir. Gənc insanlarla birlikdə işləyirik və onlara təlimlər veririk. Conatanın vəzifəsini bir neçə adamın arasında böləcəyik və bu vəziyyətdən çıxacağıq”.
Şərh əlavə et