Xəbəri Kokpitdə Oxuyun!

Ginetta ən baha modelini təqdim edib

Avtomobil Akula adlandırılır və 2019-cu ildəki enyniadlı konseptə əsaslanır. Maşın cəmi 20 ədəd buraxılacaq və qiyməti 325 min avro olacaq.

Kokpit.az bildirir ki, Ginetta Akula 600 at gücü hasil edən 6,4 litrlik atmosferli V8 mühərriki ilə təchiz edilib. Çəkisi 1190 kiloqram olan avtomobil 100 km/saat həddinə 2,9 saniyəyə çatır və onun maksimal sürəti, yaradıcılarının bildirdiyinə görə, 290 km/saatı keçir.

Avtomobilin aerodinamikası Team LNT tərkibində WEC Dünya Dözümlülük Çempionatında iştirak edən və 2019-cu ildə 24 saatlıq Le Man yarışının startına çıxan Ginetta G60-LT-P1 prototipindən əldə edilən məlumatlara əsaslanır – yarışın sonunda rusiyalı Yeqor Orucev, britaniyalı Çarli Robertson və Ben Henlinin ekipajı ümumi sıralamada dördüncü yeri tutmuşdular.

Bundan əlavə, Ginetta vurğulayır ki, orta mühərrik sxemindən istifadə etməklə mühəndislər 50:50 ideal çəki paylanmasına nail ola biliblər. Bunun sayəsində yaradıcılar əlavə edirlər ki, Ginetta Akula dönmə zamanı optimal tarazlığa malikdir.

Elçin Zodorov

Şərh əlavə et