Kokpit.az bildirir ki, Ginetta Akula 600 at gücü hasil edən 6,4 litrlik atmosferli V8 mühərriki ilə təchiz edilib. Çəkisi 1190 kiloqram olan avtomobil 100 km/saat həddinə 2,9 saniyəyə çatır və onun maksimal sürəti, yaradıcılarının bildirdiyinə görə, 290 km/saatı keçir.
Avtomobilin aerodinamikası Team LNT tərkibində WEC Dünya Dözümlülük Çempionatında iştirak edən və 2019-cu ildə 24 saatlıq Le Man yarışının startına çıxan Ginetta G60-LT-P1 prototipindən əldə edilən məlumatlara əsaslanır – yarışın sonunda rusiyalı Yeqor Orucev, britaniyalı Çarli Robertson və Ben Henlinin ekipajı ümumi sıralamada dördüncü yeri tutmuşdular.
Bundan əlavə, Ginetta vurğulayır ki, orta mühərrik sxemindən istifadə etməklə mühəndislər 50:50 ideal çəki paylanmasına nail ola biliblər. Bunun sayəsində yaradıcılar əlavə edirlər ki, Ginetta Akula dönmə zamanı optimal tarazlığa malikdir.
Şərh əlavə et