Kokpit.az bildirir ki, Jerome d’Ambrozio Ferrari komandasına komanda rəhbəri köməkçisi, Loik Serra isə texniki direktor kimi qatılıb.
Frederik Vassyör Serranın təcrübəsindən, Jerome d’Ambrozionun isə savadından danışıb. O, eyni zamanda Ferrari-nin gələcək planları barədə də ipucları verib: “Loikin ən böyük gücü uzun illərdir ki, ən yüksək səviyyədə işləməsi və təcrübəli olmasıdır. Bundan başqa əsl yarış adamıdır.
Jeromun savadı isə mənim üçün çox vacib idi. O, yarış dünyasında hər şeyi görüb. Pilot, komanda rəhbəri, komanda sahibi… Bu işin hər sahəsini çox yaxşı bilir”.
Ferrari komandası Ədrian Nyuini transfer etmək üçün danışıqlar aparsa da, sonda tərəflər razılığa gələ bilməmişdi. Britaniyalı mühəndis böyük ehtimalla gələn həftə Aston Martin komandasına transfer olacaq.
Frederik Vassyör Ədrian Nyui ilə bağlı da danışıb: “Bəli, onunla danışıqlar apardıq, amma o məndən fərqli şeylər düşünürdü. Bəlkə də bir gün ortaq məxrəcə gələ bilərik”.
Şərh əlavə et