Kokpit.az xatırladır ki, portuqaliyalı sürücü iki il idi ki, Trackhouse/RNF komandasının şərəfini qoruyurdu. Lakin o gələn il Yamaha-nın M1 ilə dəstəkləyəcəyi Pramac-da yarışacaq.
Migel Oliveyra bildirib ki, o, yeni komandası ilə MotoGP-də vacib uğurlar hədəfləyir: “Yamaha kimi əfsanəvi markanı təmsil etmək mənim üçün xüsusi haldır. Uzun illər mavi motosikletə heyranlıqla baxmışam.
İndi isə onların bir parçası oldum və mənə inandıqları üçün Yamaha Motor Company-yə təşəkkür edirəm. Lin Cervis bu danışıqların başlanmasında və müqavilənin bağlanmasında çox vacib rol oynadı”.
Şərh əlavə et